Kempinski Residences Bayıl Bay üçün peşəkar fotosessiya apardıq. Çəkiliş zamanı Xəzərə açılan mənzərə, İtalyan minimalizmini əks etdirən interyer və fasad dizaynı, eləcə də “vertikal meşə” konsepti ön planda saxlanıldı. Vizual kompozisiyalar brendin estetik dəyərlərini və statuslu atmosferini uğurla çatdırdı.