AZAL-ın yeni korporativ uniformalarının təqdimatı məqsədilə peşəkar fotosessiya həyata keçirdik. Çəkilişdə əməkdaşlar real iş mühitində və təbii şəraitdə lentə alınıb.
Məqsəd – həm yenilənmiş vizual kimliyi, həm də AZAL komandasının peşəkarlığını önə çıxarmaq idi. Detallar diqqətlə planlaşdırıldı ki, əməkdaşlar özlərini rahat hiss etsinlər. Nəticədə, yeni uniformalar brendin gücünü, funksionallığı və komanda ruhunu vizual olaraq əks etdirdi.