Super Bowl – meydanda oyun, ekranda isə brendlərin rəqabət vitrinidir.
Halftime Show sadəcə musiqi və vizual şöhrət deyil; bu, milyonlarla insanın gözü qarşısında markaların öz hekayəsini danışdığı andır.
2025-ci ilin Marketinq və Reklam Statistikaları:
- İzləyici Sayı: ABŞ-da ortalama 127,7 milyon insan tərəfindən izlənərək tarixdə ən çox izlənilən Super Bowl oldu.
- Reklam Qiyməti: Super Bowl-da 30 saniyəlik reklamın dəyəri tarixdə ilk dəfə 8 milyon dollara yüksəlib – bu da saniyəsinə təxminən 266,666 dollar deməkdir.
Brendlərin Reklam Effektivliyi
Super Bowl reklamları sadəcə əyləncə üçün deyil – brendlərin satışlarını artırmaq və müştəri cəlb etmək üçün güclü bir vasitədir.
EDO Inc. adlı tanınmış analitik şirkətin 2025-ci il Super Bowl reklamları ilə bağlı araşdırmasına görə, bəzi brendlər digərlərindən qat-qat daha yaxşı nəticə əldə edib.
Rəqəmlərlə faktlar:
- Lay’s “The Little Farmer” adlı reklamı sayəsində Lay’s, Super Bowl-da yayımlanan adi reklamlardan 33% daha çox maraq (engagement) qazandı.
- hims & hers
“Sick of the System” adlı səhiyyə ilə bağlı reklam, ortalama reklamlardan 7.7 dəfə daha çox diqqət çəkdi. - Liquid Death
“It’s Safe for Work” reklamı, adi reklamlardan 8 dəfə artıq istifadəçi marağı oyatdı.
Halftime Show Effektivliyi – Kendrick Lamar Fenomeni (2025)
- Kendrick Lamar-ın performansı 133,5 milyon izləyici ilə Super Bowl Halftime tarixində ən çox izlənilən şou oldu.
- Performansdan sonra musiqi satışları kəskin artdı: Spotify və Apple Music dinlənmələri 310%-dən çox artdı.
Tanınmış simaların iştirakının təsiri:
Super Bowl tədbirində Donald Trump, Kevin Hart, Cardi B, Ciara, Jay Z, Bradley Cooper və Taylor Swift kimi məşhur simaların iştirakı sosial mediada geniş müzakirələrə səbəb oldu və tədbirin populyarlığını daha da artırdı.
Brendlər üçün Faydaları:
- Qlobal Auditoriya: 120+ milyon izləyici ilə qlobal auditoriyaya çatmaq imkanı.
- Sponsorluq Effektivliyi: Apple Music kimi brendlər Super Bowl sponsorluğundan sonra tətbiq yükləmələrini nəzərəçarpacaq səviyyədə artırdı.
- Viral Effekt və Sosial Media: Halftime Show performansları, xüsusilə TikTok, Twitter və Instagram-da viral olur və brendlər üçün unikal marketinq fürsətləri yaradır.
- Emosional Marketinq: Halftime Show-da çıxış edən musiqiçilər, tamaşaçılarla emosional əlaqə quraraq brendlərə istehlakçılarla daha dərin münasibət qurmaq fürsəti yaradır.
Əsl uğur təsadüf yox, strateji yanaşmanın nəticəsidir.
Digi Minds ilə marketinq strategiyanızı bu gündən qurun və milyonların diqqətini cəlb etmək fürsətini əldən verməyin!


